AZ

Daxili Qоşunların Kоmandanı nazir müavini OLMAYACAQ

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilir.

Modern.az-ın məlumatına görə, iclasda “Daxili qoşunlar haqqında” yeni qanun layihəsi müzakirə edilir.

Qüvvədə olan “Daxili qoşunların statusu haqqında” qanuna əsasən, daxili qoşunların komandanının daxili qoşunların bütün şəxsi heyətinin rəisi olmaqla yanaşı, həmçinin daxili işlər nazirinin müavini olduğu nəzərdə tutulub.

Ancaq bu müddəa yeni qanunda yer almayıb.

Qeyd edək ki, hazırda daxili işlər nazirinin müavini - Daxili Qоşunların Kоmandanı general-leytenant Şahin Məmmədovdur.

Seçilən
55
1
modern.az

2Mənbələr