AZ

Daxili qoşunların tərkibi hansı strukturlardan ibarət olacaq?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Daxili qoşunların tərkibi müəyyənləşdiriləcək.
Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunan "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" yeni qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, daxili qoşunların tərkibi aşağıdakılardan ibarət olacaq:
- idarəetmə orqanı;
- daxili qoşunların funksional vəzifələri üzrə hərbi hissə və bölmələr;
- xüsusi təyinatlı təhsil müəssisələri;
- təminat hərbi hissə və bölmələri.
Mərahim Nəsib
Seçilən
66
oxu.az

1Mənbələr