İtaliya milli komandasının tarixində ilk yaşanıb.
Publika.az xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsinin 5-ci və 6-cı turlarında “skuadra adzurra” Estoniya (5:0) və İsrail (5:4) yığmalarını məğlub edib. Bununla yığma 115 illik tarixində ilk dəfə ardıcıl iki rəsmi oyunda beş qol vurub.
Qeyd edək ki, bu oyunlar komandanın yeni baş məşqçisi Jennaro Qattuzonun rəhbərliyi altında ilk görüşlər olub. O, yayda Luçano Spallettinin yerinə təyin olunub.
İtaliya yığmasının seçmə mərhələdə növbəti qarşılaşması oktyabrın 11-də Estoniyaya qarşı keçiriləcək. Üç rənglilər dörd oyundan 9 xalla ikinci pillədə qərarlaşıb. Komanda lider Norveçdən 3 xal geri qalır.