AZ

İşğal edilmiş ərazilərdə inanılmaz əməliyyat: Rusların xəbəri olmadan girib xilas etdilər

BAKI, 9 sentyabr. TELEQRAF

Rusiyanın işğalı altında olan ərazilərdə üç il gizlədilmiş dörd ukraynalı hərbçi uğurlu əməliyyat nəticəsində xilas edilib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı Oleksiy Neyijpapa bildirib.

O qeyd edib ki, hərbçilər 2022-ci ildə döyüşlərdə yaralanmış, daha sonra isə xəstəxanada saxlanılaraq Rusiyanın xüsusi xidmət orqanlarından gizlədiliblər:

"Onların sağ qalmasına həkimlər kömək edib. Xilas olunanlardan biri dənizçi, üçü isə Milli Qvardiya üzvüdür. Hərbçiləri gizlətməyə yardım edən tibb işçisi də Ukrayna tərəfinə aparılıb. Xüsusi əməliyyat bir qədər əvvəl əsir mübadiləsi zamanı azad edilən bir dənizçinin verdiyi məlumat əsasında başlayıb. O, 2022-ci ildə ağır yaralanan əkiz qardaşının hələ də həmin xəstəxanada olduğunu deyib. Sonradan məlum olub ki, orada daha üç ukraynalı hərbçi də gizlədilib".

Oleksiy Neyijpapa təhlükəsizlik səbəbindən nə xəstəxananın yerini, nə də hərbçilərin adlarını açıqlayıb: "Bu, inam və qətiyyətin hekayəsidir. Bizim döyüşçülər salamat qalmağı bacardılar, halbuki ümid yox idi. Bir daha sübut olundu ki, biz heç vaxt öz əsgərlərimizi tək qoymuruq".

Seçilən
12
teleqraf.com

1Mənbələr