BAKI, 9 sentyabr. TELEQRAF
Azərbaycan Üzgüçülük Federasiyası (ASF) bədii üzgüçülük üzrə Ukrayna milli komandasının keçmiş üzvü, əməkdar idman ustası və məşqçisi Oksana Pismenna ilə əməkdaşlığa başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Bundan öncə Oksana Pismenna Ukrayna, Türkiyə, Fransa, İsveçrə, Cənubi Koreya və Misir milli komandalarıyla çalışıb. Onun yetirmələri yeniyetmələrdən ibarət milli komandalardan əsas yığmaya keçməklə yanaşı, dəfələrlə Avropa və dünya çempionları, eləcə də Olimipiya Oyunlarının mükafatçıları olmağı bacarıblar.
ASF-nin mətbuat xidmətinə müsahibəsində Oksana Pismenna bunları deyib: “Dəyərli biliklərin nəsildən nəsilə ötürülməsi çox vacibdir. Məşqçinin ən vacib xüsusiyyəti onun bilik və təcrübəsini idmançılar və yeni məşqçiliyə başlayanlarla bölüşməsidir. Yalnız o halda idman növümüz inkişaf edərək, məşğul olmaq istəyən idmançılar üçün maraqlı olacaq. İstəyirəm ki, birlikdə böyük uğurlara imza ataq”.