AZ

Bakıda 200 nəfərin batdığı gəmi qəzası FRANSA ARXİVİNDƏN FOTO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

19-cu əsrin son onilliklərində Bakı Rusiya imperiyasının əsas şəhərlərindən birinə çevrilmişdi. Əlverişli coğrafi mövqe həm də nəqliyyatın inkişafını şərtləndirirdi. İrandan Rusiyaya və Avropaya yüklər bu şəhərin üzərindən daşınırdı. Nəqliyyatın inkişafı təbii ki, qəzasız ötüşmürdü. 

Fransa Milli Kitabxanasının arxivlərində Azərbaycanda vaxtilə baş vermiş ağır nəqliyyat qəzalarına dair xəbərlər də yer alır. Bu da təəccüblü deyil. “Şərqin qapısı” adlanan əraziyə təkcə iş adamları deyil, jurnalistlər də maraq göstərirdilər. Məsələn, “La Depeche” qəzetinin 5 aprel 1892-ci il sayında Bakıda bir gün əvvəl baş verən qəza barədə kiçik xəbər yer alır.  Avtosfer.az xəbəri təqdim edir:

DƏNİZDƏ FACİƏ

Sankt-Peterburq, 4 aprel, axşam

Bakıdan göndərilən məlumata görə Persiyadan Bakıya gələn, pambıq yüklü və göyərtəsində 200 sərnişin olan buxar gəmisi batıb. Bu xəbərin detalları və təsdiqi barədə məlumat yoxdur.

Bu qəza ilə bağlı təəssüf ki, Azərbaycan tarixi kitablarında və açıq mənbələrdə məlumat yoxdur. Persiya adın gəlincə: hadisə baş verən dövrdə Cənubi Azərbaycanda hakimiyyətdə türk əsilli Qacarlar sülaləsi idi. İran sözü ölkə adı olaraq1925-ci ildə Pəhləvilərin hakimiyyətə gəlməsindən sonra istifadə eidlməyə başladı.

Fransa arxivlərində Azərbaycan nəqliyyatı ilə bağlı yeganə xəbər bu deyil. Yaxın günlərdə Tiflis-Moskva “sürət qatarının” Bakıda relsdən çıxması, Hacıqabul-Bakı qatarında qəza, Bakı-Tiflis qatarında qabaqcıl texnologiyanın tətbiqi və digər məlumatları çatdıracağıq.

PS. 1900-cü illərdə Bakı şirkətlərinin birində əllə görüşmək qadağan edilmişdi. Qayda pozanlar 5 rubl cərimələnirdi. Xəbər saytımızın mövzusuna çox yaxın olmasa da, maraqlı olduğu üçün işıqlandırılacaq.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
avtosfer.az

1Mənbələr