AZ

Məhkəmə Trampın 83,3 milyon dollar təzminat ödəməsi qərarını təsdiqlədi

Məhkəmə Trampın 83,3 milyon dollar təzminat ödəməsi qərarını təsdiqlədi

ABŞ-də apellyasiya məhkəməsi prezident Donald Trampa 2019-cu ildə sabiq jurnal köşə yazarı E. Cin Kerrolu təhqir etdiyi üçün verilmiş 83,3 milyon dollarlıq təzminat qərarını təsdiqləyib.

Nyu-York şəhərində yerləşən ABŞ 2-ci Dairə Apellyasiya Məhkəməsi bu gün işlə bağlı mövqeyini açıqlayıb.

Açıqlamada “Tramp, prezidentlik toxunulmazlığı ilə bağlı əvvəlki qərarımızı yenidən nəzərdən keçirməyimiz üçün heç bir əsas ortaya qoya bilmədi” deyilib.

Mövqedə həmçinin qeyd olunub ki, işə baxan rayon məhkəməsi şikayət edilən qərarların heç birində səhvə yol verməyib və münsiflərin çıxardığı təzminat qərarları ədalətli və məqbul hesab olunub.

Beləliklə, apellyasiya məhkəməsi Trampın sabiq jurnal köşə yazarı E. Cin Kerrolu təhqir etdiyi üçün ona 83,3 milyon dollar təzminat ödəməsinə dair qərarı qüvvədə saxlayıb.

Prezident Tramp ABŞ Ali Məhkəməsinin 2024-cü ilin iyulunda barəsindəki federal ittihamlarla bağlı prezidentlik toxunulmazlığını genişləndirməsindən sonra Nyu-York məhkəməsinin Kerrola təzminat ödənilməsinə dair qərarını da “həddindən artıq və etibarsız” adlandıraraq apellyasiya şikayəti vermişdi.

Seçilən
82
afn.az

1Mənbələr