AZ

Asiyada beynəlxalq ticarət kifayət qədər artıb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 9 sentyabr, AZƏRTAC

Əksər Asiya ölkələri sağlam iqtisadi göstərəcilər nümayiş etdirir. Çin, Vyetnam, İndoneziya, Kamboca və digərləri son 20 il ərzində nəzərə çarpan dərəcədə böyük müvəffəqiyyətlərə nail olublar.

AZƏRTAC xəbər verir ki, bu sözləri “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının “Yaşıl və rəqəmsal transformasiya şəraitində təchizat zənciri üzrə əməkdaşlıq” mövzusunda keçirilən iclasında Hindistanın İnkişafda olan Ölkələr üçün Tədqiqat və İnformasiya Sisteminin dosenti Priyadarşi Daş deyib.

Priyadardi Daş region ölkələrinin pandemiyadan sonra kifayət qədər müqavimətlə qarşılaşdıqlarını, lakin bütün güclərini toplayaraq irəliləməyə çalışdıqlarını deyib.

Onun sözlərinə görə, son illər investisiyalar elektronika, maşınqayırma tekstil sektorlarında inkişaf edir: "Asiyada beynəlxalq ticarət kifayət qədər artıb. Bu isə pozitiv bir siqnaldır, asılılığın aradan qaldırılması deməkdir".

Priyadardi Daş rəqəmsal texnologiyaların istifadəsi və bir çox sahələrdə inkişaf etdirilməsinin nəzərə çarpan dərəcədə xərclərin azaldılmasına gətirib çıxardığını qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
azertag.az

2Mənbələr