AZ

Zəngəzur dəhlizi: Ermənistan tərəfində yoxlama olmayacaq, Azərbaycanda isə olacaq

Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında açılacaq yol (Zəngəzur dəhlizi – red.) Azərbaycan üçün maneəsiz olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan parlamentindəki müxalif “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan məlumat verib.

Onun sözlərinə görə, sözügedən yolla Azərbaycandan daşınacaq sərnişin və yüklər üçün Ermənistan tərəfində yoxlama olmayacaq.

“Mövcud məlumatlardan aydın olur ki, Ermənistan və Azərbaycan üzərindən tranzit üçün analoji rejim olmayacaq. Yəni Azərbaycan tərəfində Ermənistan yükləri yoxlamaya məruz qalacaq”, - Mamicanyan əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
2
sherg.az

3Mənbələr