AZ

Deputatdan MAXE-lərlə bağlı TƏKLİF

Müddətdən artıq hərbi xidmət edənlərə (MAXE) əlavə ödənişlər edilmir. Buna baxmayaraq onlar müharibə başlayanda döyüşə göndərilir və ya daxili qoşunların hərbçiləri kimi onlar da müxtəlif vəzifələrə malikdirlər.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev bildirib.

O qeyd edib ki, MAXE-lərə mənzilin verilməyi daha yaxşı olardı:

"Mən bunu da bir neçə dəfə qaldırmışam ki, zabitlər və MAXE-lərə ev verməkdənsə, həmin məbləğdə pul vermək daha yaxşıdır. Ola bilər ki, onlar başqa yerdə ev almaq istəyir".

Seçilən
23
modern.az

1Mənbələr