AZ

Ağstafada Vətən Müharibəsi şəhidi Rusif Quliyevin doğum günündə xatirəsi anıldı

09 sentyabr 2025-ci il tarixində ağstafalı Vətən müharibəsi şəhidi Quliyev Rusif Asim oğlunun doğum günü münasibətilə Xətai kənd qəbirstanlığında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində həmçinin digər şəhidlərimizin də məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülərək, əziz xatirələri ehtiramla anılıb.

Seçilən
21
3
yeniazerbaycan.com

10Mənbələr