Zelenskinin sözlərinə görə, Putin bu barədə ABŞ-yə, Ağ Evə və prezident Donald Trampın nümayəndəsinə - Vitkoffa danışıb və Donbası 2-3 ay ərzində, ən geci ilin sonunadək alacağını söyləyib.
Ukrayna lideri əlavə edib ki, bu plan Rusiyaya milyonlarla insanın həyatına başa gələ bilər:
"Əgər işğal illərlə davam etsə, bu, bir milyon insanın həyatı deməkdir. Amma sürətli olarsa, 2-3 milyon insanın ölümü bahasına başa gələcək".
Qeyd edək ki, Putin açıq şəkildə belə bəyanat verməyib. Lakin Bloomberg may ayında yazmışdı ki, Kreml Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini tam nəzarətə götürmək ssenarisi üzərində işləyir və bu mövzu üzrə ABŞ prezidenti Donald Trampla telefon danışığı planlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31