AZ

Manaf Ağayev oğluna vəzifə verilməsindən DANIŞDI

“Oğlum bir ildir ki, o vəzifədə çalışır, yeni təyinat deyil”.

Vətəninfo.az  xəbər verir ki, bunu müğənni Manaf Ağayev oğlu Elçin Ağayevə vəzifə verilməsi ilə bağlı danışarkən deyib.

Sənətçi bildirib ki, oğlunun müşavir işləməsi yeni məlumat deyil:

“Oğlum əvvəlcə TƏBİB-də çalışırdı. Bir il bundan öncə isə müşavir təyin edildi. Bu, yeni xəbər deyil. Təbrikə nə ehtiyac var ki…”

Qeyd edək ki, Qaynarinfo-nun yazdığı məlumata görə, Elçin Ağayev müvafiq əmrlə Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənovun müşaviri təyin olunub.

Elçin Ağayev bundan əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Monitorinq və Daxili Təhqiqat Departamentinin müdiri vəzifəsində çalışıb.

Seçilən
15
49
veteninfo.az

10Mənbələr