BAKI, 9 sentyabr. TELEQRAF
"Atamın vəziyyəti ağır-kritikdir, lakin stabildir. Ümid edirik ki, sağalacaq".
Bunu Teleqraf-a açıqlamasında Xalq artisti, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru Sərdar Fərəcovun qızı Selcan Heydərova atasının səhhətindəki son durumundan danışarkən deyib.
O bildirib ki, Xalq artistinin müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsində davam edir.
Qeyd edək ki, Sərdar Fərəcova kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunub.