AZ

Maliyyə Nazirliyi İcbari Tibbi Sığorta Agentliyində və TƏBİB-də yoxlamalara başladı

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyində və və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) də yoxlamalara başlayıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, maliyyə yoxlamaları hazırda davam etdirilir.

Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev sorğumuza cavabında məlumatı təsdiqləyib və bildirib ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) qanunamüvafiq qaydada nəzarət tədbirləri həyata keçirilir.

Seçilən
4
35
demokrat.az

10Mənbələr