AZ

“Ana olmağa hazıram” – Hadise

Məşhur türkiyəli müğənni Hadise şəxsi həyatı ilə bağlı verdiyi açıqlaması ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, “L'Officiel Türkiyə”yə verdiyi müsahibədə Hadisə dünyaya uşaq gətirmək üçün hazır olduğunu bildirib:

“Mən ana olmağa hazıram. Dünya hər gün daha da pisləşir, amma mən bu qaranlığa gözəl bir uşaq bəxş etmək istəyirəm. Qoy mənim uşağım azad yaşasın və öz seçimləri ilə öz həyatını qursun. Mən onun yanında olan, onunla səmərəli vaxt keçirən ana olmaq istəyirəm. Telefonuna bağlı olmayan, həqiqətən də yanında olan ana”.

Sənətçi əlavə edib ki, ana olmaq onu başqa insana çevirəcək:

"Uşağım olsa, tamamilə fərqli bir qadın olacağımı bilirəm".

Hadise sevgi haqqında düşüncələrinin də dəyişdiyini etiraf edib:

"Üç il əvvəl məndən soruşsaydınız, tam bir romantik idim. Ümidsizcə eşq axtarırdım. Amma indi daha realistəm. Nə istədiyimi bilirəm. Hadiseni olduğu kimi qəbul etməyən biri ilə xoşbəxt ola bilmərəm. Lazımsız insanlarla vaxt itirmək istəmirəm".

Bizim.Media

Seçilən
16
bizim.media

1Mənbələr