AZ

Putin Alyaskadakı görüşdə istədiyini əldə etdi -Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya Prezidenti Vladimir Putin 15 avqustda ABŞ Prezidenti Donald Trampla Alyaskada keçirilən görüşdə “istədiyini əldə edib”.

Redaktor.az bu barədə Ukrayna mətbuatına istinadla xəbər verir.

Zelenskidən Alyaskadakı görüş zamanı nə düşündüyü soruşulduqda o qeyd edib:

“Düşünürəm ki, Prezident Tramp Putinə istədiyini verdi. O, ABŞ Prezidenti ilə görüşmək istəyirdi və bunu bacardı”.

Nuriyyə NATİQQIZI

Seçilən
50
1
redaktor.az

2Mənbələr