AZ

Gürcüstanda yeni qaz xətlərinin çəkilişi yeraltı olacaq

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Tbilisi, 9 sentyabr, AZƏRTAC

Gürcüstanda qaz kəmərlərinin çəkilişi ilə bağlı yeni standartlar tətbiq olunacaq. Belə ki, bundan sonra bütün yeni qaz layihələrinə aid xətlər yerin altı ilə aparılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze hökumətin bugünkü iclasında bildirib.

Baş nazir deyib ki, yaşayış yerlərindən, xüsusilə kəndlərdən keçən qaz borularının açıq şəkildə görünməsi ərazinin estetik görünüşünü pozur. Buna görə də, yeni standartla boruların yerin altına köçürülməsi nəzərdə tutulur.

Kobaxidze əlavə edib ki, bütün mövcud qaz borularını dəyişmək və yerin altına yerləşdirmək mümkün olmasa da, yeni standartlara uyğun olaraq bütün yeni qaz xətləri yerin altı ilə həyata keçiriləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
4
azertag.az

5Mənbələr