Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Hərbi qulluqçuların statusu haqqında” Qanun bütün silahlı qüvvələrə şamil edilir. Orada mənzil təminatı öz əksini tapıb. Bunun üçün yenidən Qanun işləmək və ya bura əlavə etməyə ehtiyac yoxdur”.
“Qafqazinfo” xəbər verir ki, bunu daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı Şahin Məmmədov Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“O ki qaldı niyə yalnız Müdafiə Nazirliyi məsələsinə, buna mən münasibət bildirə bilmərəm. Sadəcə hüquqi normativ sənəd olaraq bu gün hamıya şamil olunması, o cümlədən daxili qoşunlara şamil olunması “Hərbi qulluqçuların statusu haqqında” Qanunda müəyyən olunub. İcra məsələsi ilə bağlı Qanunda varsa, əlavəyə ehtiyac yoxdur”, - komandan bildirib .
Qeyd edək ki, deputat Qüdrət Həsənquliyev Azərbaycan Ordusunun zabitlərinə hərbi xidməti başa vurduqdan sonra mənzillər verildiyi halda, Daxili Qoşunlarda xidmət edənlərə bu imtiyazların verilmədiyini bildirib.
Nuranə Daxilqızı
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.