AZ

İsrailin iki nazirinin İspaniyaya girişinə qadağa qoyulub

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

İspaniya iki İsrail məmuruna - milli təhlükəsizlik naziri İtamar Ben-Gvir və maliyyə naziri Betsalel Smotriçə ölkəyə girişi qadağan edib.

"Report"un "The Times of Israel"ə istinadən verdiyi məlumata görə, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares mətbuat konfransında bildirib.

Bu addım İsrailin iki İspaniya nazirinə qarşı sanksiyalar tətbiq etdiyini elan etməsindən və İspaniya hökumətini anti-İsrail siyasəti yürütməkdə ittiham etməsindən sonra atılıb.

İspaniya Xarici İşlər Nazirliyi həmçinin antisemitizm ittihamları ilə əlaqədar öz səfirini İsraildən məsləhətləşmələr üçün geri çağırıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
66
3
azpolitika.info

4Mənbələr