AZ

Dələduzluqda ittiham olunan şirkət direktorunun cəzası azaldılıb

Bakı. Trend:

Dələduzluq etməkdə təqsirləndirilən "AZ İNTEKST” MMC-nindirektoru Ruhəddin Cabbarov, işçiləri Sənan Quliyev və TelmanFətəliyevin barəsində olan hökmdən verdiyi apellyasiya şikayətiüzrə sonuncu məhkəmə iclası keçirilib.

Trend xəbərveri ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərarqəbul olunub.

Qərar əsasən, təqsirləndirilən Ruhəddin Cabbarovun cəzası 1 ilendirilərək 2 ilə, Telman Fətəliyevin və Sənan Quliyevin cəzası isə6 ay endirilərək Telman Fətəliyevin cəzası 6 ilə, Sənan Quliyevincəzası isə 7 il 4 aya endirilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər vətəndaşları evlərinitəmir etmək adı ilə aldadıb, onların külli miqdarda pullarını ələkeçirməkdə ittiham olunurlar.

Onlara Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyanvurmaqla dələduzluq törətmək) maddəsi ilə ititham elan edilib.Cinayət işi üzrə 28 nəfər zərərçəkmiş qismində tanınıb.

Məqalədə:
Seçilən
33
6
az.trend.az

7Mənbələr