AZ

"Beniz"in işində zərərçəkən iş adamı məhkəməyə videokonfransla qoşuldu

Tanınmış "TikTok"er "Beniz" ləqəbli məşhur Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda vəkilin vəsatəti əsasında zərərçəkən Xalid Kərimovun Türkiyədən videokonfrans vasitəsiylə prosesə qoşulması təmin edilib.

Zərərçəkən sərbəst ifadəsi zamanı deyib:

"Benizlə yaxın munasibətim olub,aramızda olan müəyyən söz- sohbətə görə mənə qarşı ifadə işlətmişdi.Onu qorxuzmaq məqsədiylə ondan polisə şikayət etdim ki,işlətdiyi ifadəyə görə peşiman olsun.Vəkil Nüşabə Ağayevanın vasitəsiylə bu iş Suraxanı rayon Polis İdarəsinə verildi"

Zərərçəkən həmçinin vurğulayıb ki,Aybaniz Xəlilova ona hər hansı bir zərər vurmayıb,əksinə özünün təqsirləndirilənə müəyyən zərərlər vurduğunu deyib.

Aybəniz Xəlilovanın vəkili müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı yenidən məhkəməyə vəsatət təqdim edib.

Müşavirədən sonra vəsatət təmin edilməyib.

Növbəti proses sentyabrın 30-na təyin edilib.

Qeyd edək ki,"Beniz" ləqəbli tiktoker barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib və hüquq-mühafizə orqanı tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürərək Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.Onun barəsində Suraxanı rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Seymur Əli

Seçilən
33
1
unikal.az

2Mənbələr