Ermənistanda Sevan koloniyasının rəis müavini saxlanılıb.
Ölkə.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən məlumat verilib.
Bildirilib ki, cinayət işi çərçivəsində cəzaçəkmə müəssisəsində axtarışlar aparılıb.
Digər təfərrüatlar isə istintaqın maraqlarına əsaslanaraq açıqlanmır.
Həmidə İbrahimova