AZ

Umud Mirzəyev: “Nick Nwolisanın Qarabağa həsr etdiyi kitabı həqiqətləri dünyaya çatdıran dəyərli mənbədir”

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Mirzəyev Nigeriya əsilli, uzun illər BAMF-da çalışmış Nick Nwolisanın yeni kitabı barədə fikirlərini bölüşüb.

QHT.az xəbər verir ki, Umud Mirzəyev bildirib ki, 20 il əvvəl Xocalı faciəsinin ildönümü ilə bağlı BAMF-da keçirilən tədbirdə Xəzər Universitetinin tələbəsi olan Nick fəallığı ilə diqqət çəkib və könüllü fəaliyyət göstərmək arzusunu dilə gətirib. Daha sonra o, BAMF-da 7 ildən artıq çalışaraq proqram departamentinin rəhbəri vəzifəsinə qədər yüksəlib:

“Bu günlərdə Nick Nwolisa yeni yazdığı, BAMF-a, onun fəaliyyətinə, Azərbaycana və Qarabağa həsr etdiyi ‘Mənim Qarabağa səfərim (My trip to Karabakh)’ adlı kitabı ilə yenidən qapımızı döydü. Son dərəcə nəfis şəkildə çap olunmuş bu kitab Azərbaycanı, vətəndaş cəmiyyəti quruculuğunu və Qarabağ reallıqlarını dünyaya çatdırmaq üçün çox dəyərli bir mənbədir”, – deyə BAMF rəhbəri vurğulayıb.

Umud Mirzəyev kitabın işıq üzü görməsində göstərdikləri dəstəyə görə TEAS Press Nəşriyyat Evinə və rəhbərliyinə təşəkkürünü də bildirib.

 

Pərvanə Fərhadqızı

Seçilən
21
qht.az

1Mənbələr