AZ

İrəvan sülh sazişi barədə Vyananı məlumatlandırıb

Ermənistan mətbuatının yaydığıməlumataəsasən, baş tutan görüşə Avstriya Milli Şurasının xarici əlaqələr komitəsinin sədri Petra Bayer və deputat Veyt Denqler qoşulublar. Danışıqlar əsnasında Avstriya tərəfinin xahişi ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, Vaşinqtonda imzalanmış sazişlərə dair müzakirələr aparılıb.

Tərəflər həmçinin Ermənistan və Avstriya arasında əməkdaşlığın mümkün istiqamətlərini qiymətləndiriblər. Xüsusilə iqtisadi tərəfdaşlıq və qarşılıqlı sərmayələrin əhəmiyyəti vurğulanıb.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə sülh sazişi paraflanıb, eyni zamanda, sülh bəyannaməsi imzalanıb.

Firudin Həmidli
AzVision.az
Seçilən
57
1
azvision.az

2Mənbələr