AZ

"Harri Potter"in prodüseri vəfat etdi

"Harri Potter" filmlərinin "Oskar" mükafatlı britaniyalı prodüseri Stüart Kreyq vəfat edib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, uzun müddətdir Parkinson xəstəliyindən əziyyət çəkən prodüser 83 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, Kreyq “Qandi”, “Təhlükəli əlaqələr” və “İngilis xəstəsi” kimi filmlər üzərində işlədiyinə görə üçqat "Oskar" mükafatçısıdır.

Seçilən
9
unikal.az

1Mənbələr