AZ

Postekoğlu Premyer Liqa klubunun baş məşqçisi təyin olundu

BAKI, 9 sentyabr. TELEQRAF

İngiltərənin "Nottingem Forest" komandasının yeni baş məşqçisi müəyyənləşib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, "meşəbəyi"ləri Ange Postekoğlu çalışdıracaq.

Avstraliyalı mütəxəssis bu postda istefaya göndərilən Nunu Eşpiritu Santunu əvəzləyib.

Postekoğlunun son iş yeri İngiltərənin digər təmsilçisi "Tottenhem" olub. London klubu 60 yaşlı baş məşqçinin rəhbərliyi altında 2024/25 mövsümündə UEFA Avropa Liqasının qalibi olub.

Qeyd edək ki, "Nottingem Forest" Premyer Liqanın üç turundan sonra 4 xalla 10-cu sırada qərarlaşıb.

Seçilən
51
teleqraf.com

1Mənbələr