AZ

Nepal prezidenti də istefa verdi

Nepal Prezidenti Ram Çandra Paudel ölkədəki iğtişaşlar fonunda istefa verib.

Sitat.info xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

Məlumata görə, etirazçılar bəyanat yayaraq ölkədəki vəziyyətin onların nəzarətinə keçdiyini açıqlayıblar.

Onlar yeni hökumətin formalaşdırılmasını və seçkilərin keçirilməsini tələb ediblər.

Qeyd edək ki, Nepalda baş verən iğtişaşlara görə ölkənin Baş naziri Şarma Oli istefa vermişdi.

Seçilən
59
3
sitat.info

10Mənbələr