AZ

Neymarın türkiyəli məşqçi ilə bağlı VİDEOsu 12 milyon izləndi

Braziliyalı dünya ulduzu Neymarın türkiyəli fubol məşqçisi Hikmət Karaman barədə paylaşımı diqqət çəkib.

Yenisabah.az xəbər verir ki, 2015-ci ildə keçirilən "Çaykur Rizespor" - "Gençlerbirliği" oyunu zamanı yaşanmış penalti mübahisəsi illər sonra sosial şəbəkədə yenidən gündəmə gəlib.

Bu anlara dair ulduz futbolçu Neymarın paylaşımı isə sosial şəbəkələrdə böyük əks-səda doğurub. pizza

Sosial şəbəkələrdə "Türk futboluna damğa vuran an" qeydi ilə paylaşılan görüntülər qısa zamanda viral olub. Video cəmi üç gün ərzində 12,3 milyon baxış və 1 milyon bəyəni toplayıb. Neymarın bu paylaşımı futbol ictimaiyyəti və azarkeşlər arasında geniş müzakirələrə səbəb olub./Milli.az/


Telegram kanalımız
Seçilən
41
4
yenisabah.az

5Mənbələr