AZ

Nepal Prezidenti istefa verib

Nepal Prezidenti Ram Çandra Paudel istefa verib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Hindistan KİV-i məlumat yayıb.

Məlumata görə, etirazçılar ölkənin "onların nəzarətinə keçdiyini" bəyan edib və seçkilərə hazırlığa başlamağa çağırıblar.

Bildirilir ki, Katmanduda Prezident ofisi yanır, baş nazir vertolyotla qaçıb, hava limanı isə bağlanıb, bu səbəbdən xarici turistlər ölkəni tərk edə bilmirlər.

KİV həmçinin bildirir ki, etirazçılar keçmiş Baş nazir Şer Bahadur Deuba, onun həyat yoldaşı və hazırkı xarici işlər nazirinə hücum edib, həmçinin sabiq baş nazir Nath Khanalın evini yandırıblar. KİV-in məlumatına görə, yanğın zamanı evdə onun həyat yoldaşı olub, o, vəfat edib.

Seçilən
24
1
missiya.az

2Mənbələr