BAKI, 9 sentyabr. TELEQRAF
“Liman şəhərinin 2042-ci ilədək inkişafına dair Baş planı” təsdiq edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinə, “Şəhərsalma və Tikinti Məcəlləsi”nə dair qanunvericiliyin tətbiqi ilə bağlı Prezident Fərmanına və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifinə əsasən qəbul olunub.
Sənədə görə, Liman şəhərinin 2042-ci ilədək inkişaf istiqamətlərini əhatə edən Baş plan Nazirlər Kabinetinin qərarı ilə qüvvəyə minib.