AZ

Fərid Şəfiyev: Zəngəzur dəhlizi bir çox ölkələrin ticarət əlaqələrinə mühüm töhfə verəcək

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 9 sentyabr, AZƏRTAC

"Bu gün biz "Bir kəmər, bir yol" təşəbbüsü, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu barədə danışdıq, həmçinin Şimal marşrutundan söz açdıq. Azərbaycanın bu layihələrdə məqsədi kimisə əvəz etmək deyil. Sadəcə yüklərin qısa zamanda lazım olan nöqtəyə çatdırılmasına köməklik göstərməkdir. Onu da qeyd etmək istəyirəm ki, bir çox məhdudiyyətlər var: Rusiya-Ukrayna müharibəsi, Qırmızı dənizdə baş verən hadisələr və digər məsələlər. Bunun üçün bu marşrutlar önəmlidir".

AZƏRTAC xəbər verir ki, bu sözləri “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının “Avrasiya inteqrasiyasının gücləndirilməsi: “Kəmər və Yol” Təşəbbüsü (BRI), Orta Dəhliz, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (INSTC) və digər təşəbbüslər” mövzulu iclasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O qeyd edib ki, tarixən İpək Yolu adlanan region təkcə ticarət yox, mədəniyyət marşrutu da olub. Arxeoloji qazıntılar zamanı burada bir çox mədəni abidələr aşkar edilib.

Zəngəzur dəhlizinin potensialı barədə söz açan BMTM sədri Vaşinqtonda əldə edilmiş razılaşmanı xatırladaraq bu marşrutun bir çox ölkələrin ticarət əlaqələrinə mühüm töhfə verəcəyini bildirib. Zəngəzur dəhlizi Azərbaycan və Ermənistan arasında barışıq layihəsi olacaq. "Getdikcə Orta Dəhlizə tələbat artır. Bizim əsas məqsədimiz bu marşrutlara dəyər qatmaqdır", - deyə o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
2
azertag.az

3Mənbələr