“Football-plus.az” bu məsələ ilə bağlı uzun illər yığmanın şərəfini qorumuş Mahmud Qurbanovla əlaqə saxlayıb:
“Mən millinin indiki futbolçuları ilə işləməmişəm deyə, bilmirəm ki, kimdə liderlik xüsusiyyəti var. Amma gördüyüm qədəri ilə bu heç kimdə yoxdu. Komanda uduzanda futbolçuları qızışdıran lazımdı, yoxdu. Bəli, Emin meydançada çox sakitdi, liderlik xüsusiyyəti görünmür. Qıraqda necədi, bilmirəm. “Neftçi” qol buraxanda Emin qışqırır, futbolçuları oyuna kökləyir, amma yığmada... Liderliyə namizəd? Hamı lider ola bilməz. Liderlik içdən gələn keyfiyyətdi. Cavan, yaşlı olmasının önəmi yoxdu. Lider komandada sözü keçən futbolçu olmalıdı – həm klubunda, həm də millidə. İslandiyadan beş top buraxdıq, futbolçuları oyuna kökləyən heç kim yox idi meydanda. Bir futbolçu görmədim ki, əsəbləşsin, qışqırsın”.
Fürsət düşmüşkən, Qurbanovun bugünkü oyunla bağlı da fikrini öyrəndik: “Köklənmək çətin olacaq. Amma İslandiya ilə oyundan pis olacağına inanmıram”.
MÜZƏFFƏR QULUZADƏ