AZ

Acqarına olmaz: Həkim səhərlər bu içkiləri MƏSLƏHƏT GÖRMÜR

Səhərə portağal, bir fincan qəhvə və ya soyuq qazlı su ilə başlamaq mədədə ciddi problemlərə yol aça bilər.

Publika.az xəbər verir ki, bu barədə “Moskva 24”ə diyetoloq İrina Pisareva danışıb.

Onun sözlərinə görə, sitrus meyvələri – portağal, limon, qreypfrut və naringi acqarına zərərlidir. Hətta onlardan hazırlanmış təzə şirələr də boş mədədə təhlükə yaradır.

“Bu meyvələrin tərkibindəki turşular mədəyə daxil olduqda turşuluğu artırır. Nəticədə ürək yanması, qastrit və hətta xora riski yaranır”, – deyə ekspert bildirib.

Pisareva bu meyvələri yeməkdən sonra yeməyi və ya sıyıqla birgə qəbul etməyi məsləhət görüb.

Mütəxəssis həmçinin qəhvənin də zərərinə diqqət çəkib. Onun sözlərinə görə, acqarına içilən güclü qəhvə mədə şirəsinin ifrazını artırır. Bu isə selikli qişanın zədələnməsinə və qastritə səbəb ola bilər.

Seçilən
7
publika.az

1Mənbələr