AZ

Dünyada ən məşhur avtomobil markaları açıqlandı SİYAHI

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

2025-ci ilin yanvarından iyul ayına qədər olan məlumatlar nəzərə alınmaqla, "Toyota" satışlarını ötən ilin eyni dövrü ilə müqayisədə 3,9% artıraraq dünyanın ən məşhur avtomobil markası olaraq qalıb.

Avtosfer.az bu barədə "Focus2Move" portalına istinadən xəbər verir.

Yapon avtomobil nəhəngi qlobal satışların 10,9% payına sahib olaraq dünya bazarında çoxillik liderliyini qoruyur. "Volkswagen" 2,2% artım göstərərək ikinci yeri tutub və dünya bazarının 5,7% payını əldə edib.

Müəyyən satış enməsinə baxmayaraq, Amerika markası "Ford" bazarın 4,6% payını əldə edərək üçüncü yeri tutub. "Hyundai" də kiçik bir artım göstərdi, liderlər arasında isə ən təəccüblü tempə Çin markaları malikdir.

Belə ki, "Geely"nin satışları 78,8% artıb, BYD isə 10,7% artım göstərib. Güman etmək olar ki, bu, ÇXR-in dünya bazarını fəth etməsinin yalnız başlanğıcıdır, çünki hər ay daha çox maraqlı Çin yeniliyi meydana çıxır.

Ən məşhur 10 avtomobil markası:

1. Toyota (+3,9%)

2. Volkswagen (+2,2%)

3. Ford (-4,2%)

4. Hyundai (+1%)

5. Honda (-6%)

6. BYD (+10,7%)

7. Kia (+5,2%)

8. Nissan (-5%)

9. Chevrolet (-0,9%)

10. Geely (+78,8%) /hit.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
avtosfer.az

2Mənbələr