AZ

Azərbaycan diasporunun rəhbərinin oğlunun həbs müddəti uzadılıb

Ajans.az xəbər verir ki,bu barədə Sverdlovsk vilayət məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Şıxlinski Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi üzrə — hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə maddəsi ilə təqsirləndirilir. “Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsi müstəntiqin Şıxlinski Mütvale Şahin oğlunun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə təqdimatını təmin edib. Onun barəsində seçilmiş həbs tədbiri 14 dekabr 2025-ci il tarixinədək uzadılıb”, – məhkəmənin açıqlamasında deyilir. İstintaq davam edir. Hadisənin təfərrüatları barədə əlavə məlumat verilməyib.

 

Seçilən
59
Ajans.az

1Mənbələr