AZ

Manaf Ağayevin oğlunun təyin olduğu "vəzifə" mövcuddeyilmiş

Müğənni Manaf Ağayevin oğlu Elçin Ağayevə yeni vəzifə verildiyi ilə bağlı məlumatlar yayılıb.

Qeyd olunub ki, o, Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənovun müşaviri təyin olunub.

Redaktor.az modern.az-a istinadən xəbər verir ki, sağlamlıq mərkəzində belə bir vəzifə yoxdur.

Manaf Ağayev musavat.com-a açıqlamasında bildirib ki, “oğlum əvvəlcə TƏBİB-də çalışırdı. Bir il bundan öncə isə müşavir təyin edildi. Bu, yeni xəbər deyil. Təbrikə nə ehtiyac var ki...”

Elçin Ağayev bundan əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Monitorinq və Daxili Təhqiqat Departamentinin müdiri vəzifəsində çalışıb.

Seçilən
54
49
redaktor.az

10Mənbələr