AZ

Nəsimi festivalında “İblis” yeni təqdimatda nümayiş olunacaq

Bakı. Trend:

Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalının ilk günündəHüseyn Cavidin “İblis” əsərinin simfonik orkestr musiqiçilərinin vəAzərbaycan Dövlət Pantomim Teatrının iştirakı ilə yeni təqdimatıolacaq.

Trendxəbər verir ki, sentyabrın 23-də Heydər Əliyev Mərkəzində nümayişolunacaq yeni quruluşun baş rejissoru Azərbaycan Dövlət PantomimTeatrının yaradıcısı və baş rejissoru, Azərbaycan RespublikasınınXalq Artisti Bəxtiyar Xanızadədir.

Əsərin yeni təqdimatının özəlliyi canlı orkestrin müşayiəti vəorkestr musiqiçilərinin tamaşa müddətində həm də iştirakçıyaçevrilməsidir. Tamaşa boyu musiqiçiləri, Pantomim Teatrınınaktyorlarını və hadisələri isə dirijor idarə edəcək.

Yeni quruluşda baş rolun ifaçısı və dirijor Prezidentmükafatçısı, bir sıra beynəlxalq müsabiqələrin laureatı MustafaMehmandarovdur. Simfonik orkestrin musiqiçiləri tamaşada dirijorunidarəçiliyi ilə Pantomim Teatrının aktyorlarının arasına qarışaraqplastik düşüncələrin iştirakçısına çevrilirlər.

Əsərdə həm bəşəri, həm də əbədi problem olan insanlıq və iblisarasında bitməyən mübarizə yer alır.

“İblis” səhnələşdirilən ilk Azərbaycan poetik dramıdır. Faciəilk dəfə 1920-ci ildə Sovet Azərbaycanının opera, teatr və səssizkino aktyoru, kinorejissor Abbas Mirzə Şərifzadə tərəfindən səhnəyəqoyulub və bu, Azərbaycanın teatr həyatı üçün böyük hadisə idi.Əsər ikinci dəfə 1983-cü ildə Hüseyn Cavidin 100 illik yubileyimünasibətilə SSRİ Xalq artisti, Dövlət Mükafatı laureatı MehdiMəmmədov tərəfindən səhnələşdirilib. 2024-cü ildə Azərbaycan DövlətAkademik Milli Dram Teatrının səhnəsində Əməkdar incəsənət xadimiMehriban Ələkbərzadənin quruluşunda “İblis”ə üçüncü dəfə səhnəhəyatı verilib. Nəsimi festivalı üçün isə tamaşanın yeni təqdimatıhazırlanıb.

Sentyabrın 23-dən 25-dək Heydər Əliyev Fondu və MədəniyyətNazirliyinin təşkilatçılığı ilə Bakı və Şamaxıda keçiriləcək Nəsimi– şeir, mənəviyyat və incəsənət festivalı digər özəl təqdimatlarlada yadda qalacaq.

Məqalədə:
Seçilən
12
8
az.trend.az

10Mənbələr