AZ

Məhkəmə Şahin Şıxlinskinin oğlu barədə qərar verdi

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsi Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlnskinin hökumət nümayəndəsinə qarşı zorakılıq ittihamı ilə  həbs edilən oğlu Mütvəli Şıxlinskinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini uzadıb. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə vilayət məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat yayıb.

"Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsi müstəntiqin Şıxlinski Mütvale Şahin oğlunun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə vəsatətini təmin edib. İbtidai istintaq orqanları onu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham edir, onun barəsində seçilmiş həbs-qətimkan tədbiri dekabrın 14-dək uzadılıb. 2025-ci il”, - məlumatda deyilir.

Yerli medianın daha əvvəl xəbər verdiyi kimi, o, atasının həbsi zamanı təhlükəsizlik qüvvələrinin əlindən qaçmağa çalışarkən Rosqvardiya zabitlərindən birini yaralayıb. Mütvəli Şıxlinskinin özü dövlət məmuruna qarşı zorakılıqda özünü təqsirkar bilməyib.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
1
cebheinfo.az

2Mənbələr