“Baş nazir Şarm Oli istefa verdikdən sonra prezident Çandra Pautel də vəzivəsindən gedib”,- qəzet yazır.
Bu arada, “Khabarhub” portalı yaranmış xaosdanistifadə edən ən azı 1500 məhbusun Lalitpur şəhəirndəki həbsxanasından qaçdığını bildirib.
“Lalitpurdakı “Nakhu” həbsxanasının bütün məhbusları oranı tərk ediblər. Hadisədən əvvəl buhəbsxanada ən azı 1500 məhbus yerləşdirilib”, - portal qeyd edir.
![]() |
Hindistan-Nepal sərhədi nəzarətə götürülüb |
Xatırladaq ki, keçən həftənin sonunda Nepal hakimiyyəti müəyyən olunmuş müddətdə Rabitə və İnformasiya Texnologiyaları nazirliyində qeydiyyatdan keçməyən bir sıra əsas sosial media saytlarının fəaliyyətinə qadağa qoyub. Bu, ölkədə gənclərin kütləvi etirazlarına səbəb olub və mediada bu etirazlar “Z nəsil inqilabı” adlandırılıb.
Polislə toqquşmalarda 22 etirazçı ölüb, yüzlərlə insan yaralanıb. Hökumət daha sonra Nepalda sosial şəbəkələrə qoyulan qadağanı aradan qaldırmaq qərarına gəlsə də, etirazlar səngiməyib. Bu reallıqlar fonunda əvvəlcə baş nazir, sonra isə prezident istefa vermək məcburiyyətində qalıblar.
Sahil İsgəndərov
AzVision.az