Polşa sentyabrın 11-də Belarusla sərhədini tamamilə bağlamaq niyyətindədir .
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin baş naziri Donald Tusk bəyan edib.
“Milli təhlükəsizlik məsələlərini nəzərə alaraq, cümə günü axşam keçiriləcək “Zapad-2025” təlimləri ilə əlaqədar Belarusla sərhədi, o cümlədən dəmir yolu sərhəd keçidini bağlayacağıq”, - Tusk bildirib.