AZ

Mühəndis-kommunikasiya obyektlərinin istismarına icazənin forması təsdiqləndi

BAKI, 9 sentyabr. TELEQRAF

Prezident İlham Əliyevin 2024-cü il 29 dekabr tarixli 276 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti “2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların istismarına icazənin forması”nın təsdiq edilməsi haqqında” 2023-cü il 30 avqust tarixli 296 nömrəli Qərarında dəyişiklik edib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən nəqliyyat, rabitə, energetika və digər mühəndis-kommunikasiya obyektlərinin istismarına icazənin forması təsdiqlənib.

Seçilən
58
4
teleqraf.com

5Mənbələr