AZ

"Abzas Media” işi ilə bağlı qərar verildi

"Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, əməkdaşı Nərgiz Absalamova, jurnalistlər Hafiz Babalı, Fərid Mehralızadə və Elnarə Qasımovanın apellyasiya şiukayətinə baxılıb.

Publika.az Teleqraf -a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində qərar elan edilib.

Qərara görə, şikayət təmin olunmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hafiz Babalı, Ülvi Həsənli, Sevinc Vaqifqızı, Fərid Mehralızadə 9 il, Məhəmməd Kekalov 7 il 6 ay, Nərgiz Absalamova 8 il, Elnarə Qasımova 8 il il müddətinə azadlıqdan məhrum ediliblər.

Bundan əvvəlki prosesdə çıxış edən dövlət ittihamçısı Ülvi Həsənli, Hafiz Babalı, Fərid Mehralızadənin hər birinin 12 il, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Nərgiz Absalamova və Elnarə Qasımovanın hər birinin 11 il müddətinə azadlıqdan mərhum edilməsini təklif etmişdi.

Qeyd edək ki, "Abzas Media" ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli 2023-cü il noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.

Seçilən
26
3
publika.az

10Mənbələr