BAKI, 9 sentyabr. TELEQRAF
Bir müddət əvvəl sosial şəbəkələrdə Qurani-Kərimin yandırılması videosunu paylaşan şəxs Elxan Nəbiyevin intihar etdiyi bildirilir.
Teleqraf-ın xəbərinə görə, bu barədə Elxan Nəbiyevin dostları sosial şəbəkələrdə yazıb.
Qeyd edək ki, E.Nəbiyev Avropa ölkələrinin birində yaşayıb. O, özünü ateist kimi təqdim edib.
Nəbiyev 2024-cü ildə Qurani-Kərimi kitabını yandırıb və sosial şəbəkədə paylaşmaqla gündəm olmuşdu.
E.Nəbiyev ölümündən əvvəl video paylaşıb və həmin görüntüdə bunları qeyd edib: "Hələlik, dostlar, mən sizdən ayrılıram. Siz bu videonu gördüyünüz gün bilin ki, mən sizdən ayrıldım".