AZ

“Apple”ın bugünkü təqdimatı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq

“Apple”ın payız təqdimatı “Awe Dropping” adı altında 9 sentyabr saat 10:00-da (Bakı vaxtı ilə 21:00-da) Kupertinodakı “Apple Park” kampusunda keçiriləcək.

Şirkət ictimaiyyətə yeni iPhone 17 smartfonlarını, yenilənmiş Apple Watch ağıllı saatlarını, AirPods Pro 3 simsiz qulaqlıqlarını və digər yeniliklərini təqdim edəcək.

Ənənəyə uyğun olaraq, təqdimat “Apple”ın rəsmi saytında canlı yayımlanacaq. Eyni zamanda, təqdimatı şirkətin YouTube kanalında da izləmək mümkündür.

Seçilən
49
banker.az

1Mənbələr