AZ

Zəngilanda transformator binası tikiləcək

BAKI, 9 sentyabr. TELEQRAF

Zəngilan şəhərində yeni yaşayış məhəlləsində mühəndis təminatı və transformator binasının inşasının tikintisi nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, müvafiq işlərə 1 milyon 280 min 708 manat xərclənəcək.

Sözügedən işlərə “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi nəzarət edəcək.

Qeyd edək ki, hazırda layihənin icrası üçün podratçı axtarışı davam edir.

Seçilən
66
2
teleqraf.com

3Mənbələr