AZ

"Nottingem Forest" yeni baş məşqçisini açıqlayıb

İngiltərənin "Nottingem Forest" klubunun yeni baş məşqçisi bəlli olub.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki,  "meşəlilər" baş məşqçisi postuna Nuno Espirito Santo ilə yollarını ayırdıqdan sonra, avstraliyalı mütəxəssis Ange Postekoqlu gətirib.

Keçən mövsümün sonunda "Tottenhem"dan ayrılan Postekoqlu, 3 aylıq fasilənin ardından Premyer Liqaya geri dönüb.

Baş məşqçi karyerası boyunca "South Melbourne", "Panaçaiki, "Vittlesi Zebras", "Brisban Roar", "Melbourne", Avstraliya milli komandası, "Yokohama" və "Seltik" kimi klublarda fəaliyyət göstərən Postekoqlu, "Tottenhem" ilə Avropa Liqasını qazandıqdan sonra klubdan ayrılıb.

"Nottingem Forest" hazırda Premyer Liqada 4 xalla 10-cu sıradadır.

Seçilən
31
90deqiqe.az

1Mənbələr