"Karvan Yevlax"ın hücumameyilli yarımmüdafiəçisi Rəhman Şabanov yeni mövsümə 1-ci Liqada başlayacaq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Zaqatala" ilə anlaşan 29 yaşlı futbolçu artıq bölgə komandasına qoşulub.
Yevlax təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan Rəhman icarəyə verilməyib. O, daha öncə də formasını geyindiyi kluba daimi əsasda keçib..
Xatırladaq ki, "Zaqatala" bu gün müdafiəçi İlkin Qırtımovla müqavilə bağladığını açıqlayıb.
Nihat