Nepalın keçmiş baş nazirinin həyat yoldaşının vəfat etdiyi məlum olub.
Publika.az xəbər verir ki, bu barədə “Khabarhub” məlumat yayıb.
İlkin məlumata görə, aksiya zamanı insanlar qadını evə bağlayıb, sonra yandırılıb.
Söhbət 2011-ci ildə bu vəzifəni tutmuş Nepalın keçmiş baş naziri Nas Xanalın həyat yoldaşından gedir. Eyni zamanda iğtişaşlar zamanı daha bir qadın, ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri olmuş Arzu Rana Deuba da yaralanıb.
Nepalda etirazçılar maliyyə naziri Bişnu Prasad Paudeli şiddətlə döyüblər və sonra onu naməlum yerə aparıblar.