AZ

Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyində maliyyə nöqsanları aşkarlanıb

Bakı. Trend:

Hesablama Palatası tərəfindən 2023–2024-cü illərdə NaxçıvanMuxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinintabeliyində fəaliyyət göstərən "Naxçıvan Avtomobil NəqliyyatıAgentliyi"nin maliyyə vəsaitlərinin istifadəsi audit olunub və birsıra ciddi nöqsanlar aşkarlanıb.

Trend qurumaistinadən xəbər verir ki, 2022-ci ildə illik smetaya qarşı 93%həcmində faktiki xərc icra edilsə də, 2023-cü il üçün əvvəlki ilinicrasından 210% artıq pqroqnoz layihəsi təqdim edilib.

Məlumata görə, müvafiq olaraq 880 451 manat həcmində smetayaqarşı 381 707 manat, yəni 43,32% xərc icra edilib.

Bildirilib ki, 2023-cü ildə qurum tərəfindən təsdiq edilmişsmetaya qarşı 43,32% həcmində faktiki icra olsa da, 2024-cü il üçünəvvəlki ilin faktiki icrasından 35,12% artıq pqroqnoz layihəsitərtib edilib. Proqnoz layihəsinə müvafiq olaraq 2024-cü ildə 515763 manat həcmində smeta müəyyən edilmiş və 367 199,39 manat, yəni71,2 % faktiki xərc edilmişdir ki,bu da 2023-cü ilin icrasından4,35% az deməkdir.

2 ədəd sərnişin avtobusunun Agentliyin balansından silinməsizamanı metal qəbulu məntəqəsinə 20.03.2023-cü il tarixdə çəkisi 6ton olmaqla təhvil verilmiş, lakin 26.02.2025-ci il tarixədəkqurumun hesabına vəsait daxil olmamışdır. İxtisaslaşdırılmışinternet resurslarında 1 ton dəmirin qiyməti həmin dövr üçün ortahesabla 370 manat olduğu müəyyən edilmişdir ki, orta hesabla 2220,0manat vəsait yayındırılmış, audit prosesində nöqsan aşkaredildikdən sonra vəsaitin 602,0 manatı Agentliyin hesabına bərpaedilib.

Seçilən
23
1
az.trend.az

2Mənbələr